Yevlaxda atasını qətlə yetirən şəxsə hökm oxunub
sizinxeber.az xəbər saytı

Yevlaxda atasını qətlə yetirən şəxsə hökm oxunub


Yevlaxda atasını qətlə yetirməkdə təqsirləndirilən Vüsal Talıbovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sizinxeber.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Vüsal Talıbov 16 il müddətinə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il Yevlax rayonunda baş verib. Təqsirləndirilən Vüsal Talıbov qısqanclıq zəminində atası Hüsü Talıbova 17 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Zaqatalada bacısını güllələyən şəxsə hökm oxunub
Biləsuvarda tanışını döyərək öldürən şəxsə hökm oxunub
Bakıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Ağdaşda qardaşını öldürən şəxsə hökm oxunub
Ramanada qətlə görə tutulan yeniyetməyə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər