Edqar Abdullayev: "Azərbaycanda fintexlər 2-3 il ərzində bankları geridə qoya bilər"
sizinxeber.az xəbər saytı

Edqar Abdullayev: "Azərbaycanda fintexlər 2-3 il ərzində bankları geridə qoya bilər"


Azərbaycanda fəaliyyət göstərən bəzi fintex şirkətləri 2-3 il ərzində ayrı-ayrı bankları geridə qoya bilər.

Bu barədə "Report"a açıqlamasında "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev bildirib.

Onun fikrincə, hazırda Azərbaycanda hər hansı bir fintexin bankı üstələyəcəyini söyləmək asan deyil: "Çünki fintex şirkətlərinin rəsmi fəaliyyəti ölkədə 2024-cü ilin may ayından etibarən lisenziya əsasında tənzimlənməyə başlayıb. Banklar isə uzun illər boyu formalaşmış maliyyə-bankçılıq təcrübəsinə sahibdir.

Lakin Mərkəzi Bankın formalaşdırdığı tənzimləyici mühit, "sandbox" rejimi və açıq bankçılıq infrastrukturunun tam qurulması gələcəkdə bəzi fintex şirkətlərinin müəyyən bankları üstələməsi üçün zəmin hazırlaya bilər. Ən nikbin ssenaridə bunun reallaşması üçün 2-3 illik müddət tələb olunur. Açıq bankçılıq sistemi istifadəçiyə vahid platforma vasitəsilə müxtəlif bank və elektron pul müəssisələrindəki hesablarını idarə etmək imkanı verməlidir. Bu da maliyyə bazarında əməkdaşlıq perspektivlərini xeyli genişləndirəcək".

E.Abdullayev həmçinin vurğulayıb ki, "MyGov" platformasının geniş miqyasda tətbiqi də bu prosesdə mühüm rol oynayacaq:

"Burada söhbət təkcə maliyyə əməliyyatlarından getmir. Biometrik identifikasiya və müştərinin tanınması (KYC) prosedurlarının da vahid elektron platforma əsasında icra edilməsi böyük əhəmiyyət daşıyır. Bu imkanlar tam şəkildə yaradıldıqdan sonra hər hansı fintex şirkətinin müəyyən xidmət sahələrində bankları geridə qoyması ehtimalı meydana gələcək".

Azərbaycanda bəzi fintexlər 2-3 ilə bankları üstələyə bilər.

Bunu "Report"a açıqlamasında "Azərbaycan Fintex Assosiasiyası" ("AzFina") İctimai Birliyinin İdarə Heyətinin sədri Edqar Abdullayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda hansısa fintexin bankı üstələyəcəyini indidən demək çətindir: "Çünki fintexlərin rəsmi fəaliyyəti ölkədə 2024-cü ilin mayından etibarən lisenziyalaşdırılmağa başlayıb. Banklar isə uzun illər formalaşmış maliyyə-bankçılıq ənənəsinə malikdir.

Ancaq Mərkəzi Bankın yaratdığı tənzimləyici mühit, "sandbox" rejimi və açıq bankçılıq sisteminin tam formalaşması gələcəkdə bəzi fintexlərin ayrı-ayrı bankları üstələməsinə şərait yarada bilər. Ən yaxşı halda bunun üçün 2-3 il vaxt lazımdır. Açıq bankçılıq imkan verməlidir ki, istifadəçi bir platforma üzərindən müxtəlif bank və elektron pul təşkilatlarındakı hesablarını idarə edə bilsin. Bu isə maliyyə bazarında əməkdaşlıq imkanlarını əhəmiyyətli dərəcədə artıracaq."

O qeyd edib ki, "MyGov" platformasının geniş tətbiqi də bu prosesə mühüm təsir göstərəcək:

"Burada söhbət yalnız maliyyə əməliyyatlarından getmir. Biometrik eyniləşdirmə və müştərinin tanınması (KYC) proseslərinin də vahid elektron platforma üzərindən həyata keçirilməsi vacibdir. Bu imkanlar tam formalaşdıqdan sonra hansısa fintexin müəyyən xidmətlər üzrə bankları üstələməsi ehtimalı yaranacaq".

Oxşar xəbərlər

"AzFina" rəsmisi: "Banklar, fintexlər və platformalar arasında rol bölgüsü dəyişməlidir"
Azərbaycan Mərkəzi Asiya Fintex Assosiasiyaları ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanda vergi qanunvericiliyinə "fintex" anlayışı daxil edilə bilər
Vüsal Qasımlı: "Fintexlər ənənəvi maliyyə modellərini sarsıdır"
Türk Dövlətləri Fintex Alyansı yaradılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər