Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb - FOTO
sizinxeber.az xəbər saytı

Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlanıb - FOTO


Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.

Bunu Sizinxeber.az-nın Rusiya bürosuna açıqlamasında Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib. O, Yeysk Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını, sağlamlıq vəziyyətlərinin həkimlərin nəzarəti altında olduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin diqqəti altındadır.

Yaralı Azərbaycan vətəndaşları da Sizinxeber.az-nın Rusiya bürosuna açıqlamalarında vəziyyətlərinin normal olduğunu, xəstəxanada müalicələrinin davam etdiyini bildiriblər. Onlar Yeyskdəki Azərbaycan diasporu və Rusiyadakı Azərbaycan Səfirliyinin əməkdaşlarının onları ziyarət etdiyini, bütün ehtiyacları ilə maraqlandıqlarını qeyd ediblər.

Azərbaycan vətəndaşlarının gələn həftənin birinci günü xəstəxanadan buraxılacağı bildirilib. Lakin onların üstündə sənədlər olmadığına görə (PUA hücumu zamanı sənədlər gəmidə itib-red) xəstəxanadan buraxılmanın bir müddət uzanacağı bildirilib.

Qeyd olunub ki, Azərbaycan səfirliyi onların sənədlərinin təmin olunmasıı üzərində işləyir.

Oxşar xəbərlər

Azov dənizində gəmiyə hücum zamanı yaralanan azərbaycanlıların sayı dördə çatıb
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
Zaxarova: Azərbaycanlı dənizçilərlə bağlı insidentə görə Moskva Bakı ilə sıx təmasdadır
Təyyarə qəzasında xəsarət alanlardan 9-u evə buraxılıb
XİN: Azovda iki yük gəmisinin vurulması nəticəsində beş Azərbaycan vətəndaşı ölüb, üçü yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər