Vəfa Yaqublu: Qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrindəki uşaqları əhatə edir
sizinxeber.az xəbər saytı

Vəfa Yaqublu: Qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrindəki uşaqları əhatə edir


Azərbaycanda sosial şəbəkələrdə azyaşlılara qadağa qoyulması ilə bağlı qanun layihəsi məktəbəqədər və ümumi təhsil müəssisələrində təxminən 1 milyon 500 min uşağı əhatə edir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini Vəfa Yaqublu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ictimai müzakirəsində deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil üzrə 2-3 yaşa yaxın 300 min uşaq bu sistemin tərkibindədir:

"Layihə ümumilikdə müsbət qiymətləndirilir, çünki sosial şəbəkələrə məhdudiyyət məsələsi burada əsas tənzimləmə sahəsi kimi nəzərdə tutulmur. Eyni zamanda, bu ildən etibarən məktəblər rəqəmsal təhsil platformalarına inteqrasiya olunub. Təhsil prosesinə aid qruplar və sosial platformalar bu layihənin birbaşa tərkib hissəsi deyil".

V.Yaqublu bildirib ki, yeni tədris ilindən şagird davranış qaydaları ilə bağlı dəyişikliklər də təsdiqlənib:

"Artıq bu ildən məktəblərdə mobil telefonların gətirilməsi və istifadəsi qadağan olunub. Bununla bağlı nəzarət mexanizmlərinin tətbiqinə də başlanılıb".

Oxşar xəbərlər

Aytən Məmmədova: Layihədə təkcə məhdudiyyətlər deyil, effektiv tənzimləmə vasitələri var
Elmir Vəlizadə: Uşaqların zərərli informasiyadan qorunması cəmiyyət üçün böyük əhəmiyyət daşıyır
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavinləri təyin olunub
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
Azərbaycanda məktəbəqədər təhsilin əhatə dairəsi genişləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər