Peskov: Trampın Səudiyyə Ərəbistanına səfər planlarının Putinlə əlaqəsi yoxdur
sizinxeber.az xəbər saytı

Peskov: Trampın Səudiyyə Ərəbistanına səfər planlarının Putinlə əlaqəsi yoxdur


Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında mümkün görüşün tarixi və vaxtı ilə bağlı hələ dəqiq anlaşma yoxdur.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib

Onun sözlərinə görə, Moskva ilə Vaşinqton arasında müxtəlif səviyyələrdə təmaslar davam edir.

"Putin və Tramp arasında mümkün görüşün tarixi və vaxtı ilə bağlı hələ dəqiq anlaşma yoxdur, bu məsələ ilə bağlı sizə konkret məlumat verə bilmərəm. Biz amerikalılarla müxtəlif səviyyələrdə və müxtəlif kanallar vasitəsilə təmasları davam etdiririk", - Kreml rəsmisi vurğulayıb.

Peskov onu da bildirib ki, ABŞ prezidenti Donald Trampın may ayında Səudiyyə Ərəbistanına səfər etmək planlarının Rusiya lideri Vladimir Putinlə heç bir əlaqəsi yoxdur: "Xeyr, bunlar sırf Amerika dövlətinin başçısının planlarıdır, bunun heç bir şəkildə Putinlə əlaqəsi yoxdur. Putinin hələ belə planları yoxdur".

Oxşar xəbərlər

Peskov: Trampın Səudiyyə Ərəbistanına səfəri Putinlə mümkün görüşlə bağlı deyil
Peskov: Putinin qrafikində Trampla telefon danışığı yoxdur
Rəsmi Moskva: Hazırda Moskva, Vaşinqton və Kiyevin təmaslarının təşkilində irəliləyiş yoxdur
Kreml: Putin-Tramp görüşü üçün hazırlıq gedir
Peskov Trampın Ukraynanın Rusiyanın bir hissəsi ola biləcəyi ilə bağlı sözlərinə münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər