Sadır Japarov Almazbek Atambayevə amnistiya veriləcəyini güman edir
sizinxeber.az xəbər saytı

Sadır Japarov Almazbek Atambayevə amnistiya veriləcəyini güman edir


Qırğızıstan Prezidenti Sadır Japarov bildirib ki, əgət keçmiş dövlət başçısı Almazbek Atambayev bağışlanma il bağlı müraciət etsə, onun amnistiyaya düşməsi imkanını nəzərdən keçirə bilər.

“Report” xəbər verir ki, Sadır Japarov “Kabar” agentliyinə müsahibəsində qeyd edib ki, məhkəmənin qərarını dəyişdirmək olmaz, lakin onun amnistiya hüququ var.

"Müvafiq müraciət daxil olsa, amnistiya imkanlarını nəzərdən keçirə bilərəm", - o deyib.

İyunun 3-də Bişkekin Pervomayski Rayon Məhkəməsi A.Atambayevi qiyabi olaraq 11,5 il müddətinə azadlıqdan məhrum edib. Eks-prezident Koy-Taş kəndində qanunsuz torpaq əldə etməkdə, Bişkek İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyada, habelə 2019-cu il avqustun 7-8-də kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.

Oxşar xəbərlər

Qırğızıstanın keçmiş prezidenti 11,5 il müddətinə azadlıqdan məhrum edilib
Qırğızıstanın sabiq prezidenti 11,5 il müddətinə azadlıqdan məhrum edilib
Sadır Japarov Qərbin Bişkekə diktə etməməli olduğunu bəyan edib
Sadır Japarov: COP29 ən yüksək səviyyədə təşkil olunub
Sadır Japarov COP29-da iştirak etmək üçün Azərbaycana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər