İcra başçısı: "Beyləqanda taxıl istehsalı hədəfə yaxınlaşır"
Beyləqan rayonunda taxıl istehsalı hədəfə - 50 sentnerə yaxınlaşır.
"Sizinxeber.az"un Saatlıya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən Mil-Muğan iqtisadi rayonu üzrə regional müşavirədə deyib.
Onun sözlərinə görə, ötən təsərrüfat ilində rayon üzrə ümumilikdə 48 847 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib: "Əkin dövründə 9 601 hektarda buğda, 5 710 hektarda arpa olmaqla, cəmi 15 min 311 hektar sahədə taxıl səpini aparılıb. Taxıl bitkilərindən əldə olunan buğdanın məhsuldarlığı hektardan 40,4 sentner olmaqla 38 807 ton, arpanın məhsuldarlığı isə hektardan 31,4 sentner olmaqla 17 929 ton təşkil edib. Beləliklə, taxıl üzrə ümumi istehsal 56 736 ton, orta məhsuldarlıq isə hektardan 37,0 sentner olub".
O qeyd edib ki, taxılçılıqda məhsuldarlıq respublika orta göstəricisindən yüksək olsa da, Prezident tərəfindən qarşıya qoyulan 5 tonluq (50 sentner) hədəfə çatmaq və idxaldan asılılığı azaltmaq məqsədilə intensiv əkinçilik metodlarının tətbiqi daha da genişləndiriləcək: "2026-cı ilin məhsulu üçün 10 442 hektarda buğda, 6 164 hektarda arpa olmaqla, cəmi 16 606 hektar sahədə taxıl əkilib. Hazırda sahələrdə taxıl biçini aparılır və məhsul yığımı mütəşəkkil şəkildə, itkisiz davam etdirilir. Məhsulun optimal müddətdə toplanması üçün Operativ Qərargah fəaliyyət göstərir".
Oxşar xəbərlər
Biləsuvarda son 5 ildə aqrar sektora 50 milyon manat investisiya qoyulub
Cəlilabadda taxıl biçinində yüksək məhsuldarlıq qeydə alınıb
Əziz Əzizov: "Beyləqanda 9 min hektara yaxın sahədə pambıq əkini planlaşdırılır"
Məcnun Məmmədov Sabirabadda taxıl biçinini izləyib
Şərur Rayon İcra Hakimiyyətinin başçısı rayondakı aqrar göstəriciləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
