Qırğızıstanın sabiq prezidenti 11,5 il müddətinə azadlıqdan məhrum edilib
Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevi bir sıra cinayətlər törətməkdə təqsirli bilib və qiyabi olaraq onu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Sizinxeber.az xəbər verir ki, Atambayev Çuy vilayətinin Koy-Taş kəndində qanunsuz torpaq sahələri əldə etməkdə, habelə Bişkek İES-in modernləşdirilməsi zamanı korrupsiyada və 2019-cu il 7-8 avqust tarixlərində Koy-Taş kəndində kütləvi iğtişaşlar təşkil etməkdə təqsirli bilinib.
Sabiq prezidentin həmçinin əmlakı müsadirə olunub və və bütün dövlət mükafatlarından məhrum edilib.
7 il 8 ay müddətinə azadlıqdan məhrum edilən prezident administrasiyasının sabiq rəhbəri Faril Niyazov və sabiq deputat İrina Karamuşkina (7,5 il) də daxil olmaqla, bir neçə keçmiş yüksək vəzifəli məmur da eyni cinayət işi üzrə təqsirləndirilən şəxslər arasındadır.
Oxşar xəbərlər
Qırğızıstanın keçmiş prezidenti 11,5 il müddətinə azadlıqdan məhrum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saakaşvili 9 il müddətinə azadlıqdan məhrum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qvineyanın sabiq prezidenti 20 il müddətinə azadlıqdan məhrum edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmə Saakaşvilini 4 il 6 ay müddətinə azadlıqdan məhrum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












