Fransa kontingenti Seneqaldakı daha bir hərbi bazanı tərk edib
sizinxeber.az xəbər saytı

Fransa kontingenti Seneqaldakı daha bir hərbi bazanı tərk edib


Fransa Seneqaldakı üçüncü bazasından hərbi kontingentinin çıxarılmasını başa çatdırıb.

"Report"un xəbərinə görə, bu barədə Fransanın Afrika ölkəsindəki səfirliyinin bəyanatında deyilir.

"Fransa tərəfi Dakar limanında yerləşən Kontr-Amiral-Prote bölgəsindəki bazanı Seneqal tərəfinə təhvil verib", - diplomatik nümayəndəlikdən bildiriblər.

Bundan əvvəl, martın 7-də Mareşal və Sent-Ekzüperi bazaları geri qaytarılıb. Qalan obyektlər yaya qədər müəyyən edilmiş qrafikə uyğun olaraq Seneqal tərəfinə veriləcək.

Oxşar xəbərlər

Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb
Fransa hərbi bazalarını Seneqala təhvil verməyə başlayıb
KİV: Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb
Fransa qırıcıları Çadı tərk edib
Nigeriyada Fransa hərbi bazalarının yerləşdirilməsinin mümkünlüyü narahatçılığı artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər