Ceyhun Bayramov TŞ-nin açıq müzakirəsində effektiv BMT sisteminin yaradılmasının zəruriliyini qeyd edib
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov TŞ-nin açıq müzakirəsində effektiv BMT sisteminin yaradılmasının zəruriliyini qeyd edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çinin sədrliyilə keçirilən BMT Təhlükəsizlik Şurasının "BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin müdafiəsi və BMT-yə yönəlmiş beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda açıq müzakirəsində çıxış edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, nazir çıxışında Azərbaycanın beynəlxalq hüquqa, multilateralizmə və BMT-nin bugünkü qlobal çağırışların həllində mərkəzi roluna güclü bağlılığını bir daha təsdiqləyib.

C. Bayramov vurğulayıb ki, artan geosiyasi qütbləşmə, güclənən unilateralizm və beynəlxalq hüququn davamlı pozulması şəraitində dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə müdaxilə edilməməsi prinsiplərinə universal və qeyri-seçici şəkildə riayət olunmasının təmin edilməsi vacibdir.

Çıxışda beynəlxalq hüquqa zidd əməllərə görə hesabatlılığın gücləndirilməsinin, ədalətin bərqərar edilməsinin və münaqişənin dağıdıcı nəticələrini aradan qaldıran ölkələrə köçkün əhalinin təhlükəsiz, könüllü və ləyaqətli geri qayıdışının təmin edilməsində dəstək göstərilməsinin vacibliyi vurğulanıb.

Nazir həmçinin inkişaf etməkdə olan ölkələrin maraqlarını və təmsilçiliyini daha yaxşı əks etdirmək üçün Təhlükəsizlik Şurasının islahatı da daxil olmaqla, daha effektiv, inklüziv və operativ BMT sisteminin yaradılmasının təxirəsalınmaz zərurətini qeyd edib.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29 və Ümumdünya Şəhər Forumunun 13-cü sessiyasına ev sahibliyi, eləcə də hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi vasitəsilə qlobal multilateralizmə davamlı töhfəsi bir daha təsdiqlənib.

Oxşar xəbərlər

Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının fövqəladə iclasında çıxış edib
Ceyhun Bayramov Kiprin xarici işlər naziri ilə görüşüb
Ceyhun Bayramov və İshaq Dar enerji əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Ceyhun Bayramov sabah Türkiyəyə səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər