Yevlaxda baba və nəvəsini avtomobil vurub, yeniyetmə ölüb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Yevlaxda baba və nəvəsini avtomobil vurub, yeniyetmə ölüb - YENİLƏNİB


Yevlaxda gecə baş verən qəza zamanı ölən və yaralanan şəxslərin kimlikləri məlum olub.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, idarəetmədən çıxan avtomobil yol kənarındakı Cabbar Əliyevlə onun nəvəsi - 2015-ci il təvəllüdlü Sübhan Əlizadəni vurub.

Nəticədə yeniyetmə hadisə yerində keçinib, C. ƏLiyev isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Yevlaxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Şahidlərin bildirdiyinə görə, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı baba və nəvəni vurub. Nəticədə nəvə hadisə yerində həlak olub, baba isə ağır vəziyyətdə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Yevlaxda baba və nəvəsini avtomobil vurub, ölən var
Ağstafada ölümlə nəticələnən yol qəzası olub
Ağsuda ağır yol qəzası olub, ölən və yaralanan var
Yevlaxda avtomobil qəzası olub, 10 yaşlı qız ölüb
Salyanda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər