"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
21:00
0
0
2 615
ff aaaaaaa

"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

26 may, 2026
21:00
2 615

"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq. "Sizinxeber.az" bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, "Azəriqaz"ın Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27-31 mayda saat 10:00-dan 17:00-a qədər Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələrinin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər. Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar. 30 mayda "ASAN Kommunal", 30-31 mayda isə "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək. "Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər", - deyə İstehsalat Birliyi bəyan edib.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul