İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır
sizinxeber.az xəbər saytı

İran tərəfi zənginləşdirilmiş uranın müzakirəsini hazırkı mərhələdə mənasız sayır


İran hakimiyyəti hesab edir ki, ABŞ ilə aparılan dolayı danışıqların hazırkı mərhələsində yüksək zənginləşdirilmiş uran məsələsinin müzakirəsi nəticə verməyəcək.

"Tasnim"in məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

“İranda yüksək zənginləşdirilmiş uran məsələsi ilə bağlı mövqeyimizi çox açıq şəkildə bildirmişik. Hazırkı mərhələdə bu mövzuları müzakirə etməyə çalışsaq, nəticə əldə edə bilmərik”, – deyə Bəqai bildirib.

Onun sözlərinə görə, tərəflər daha əvvəl də bu məsələ ətrafında dialoq aparmağa cəhd göstərsələr də, ciddi fikir ayrılıqları səbəbindən razılıq əldə olunmayıb.

Bəqai əlavə edib ki, ABŞ “əsassız tələbləri ilə danışıqlar prosesini dağıdıb və İrana hücum etməklə cinayət törədib”.

Oxşar xəbərlər

İran XİN: Qətər heyəti Tehranda danışıqlar aparıb - YENİLƏNİB
Bəqai: Hazırkı mərhələdə diqqət müharibənin dayandırılmasına yönəlib
Netanyahu: İranla müharibə bitmiş sayılmır
AEBA rəhbəri: İran zənginləşdirilmiş uranın istehsalını kəskin artırır
İran XİN: Danışıqların təfərrüatları ilə bağlı mediada yayılan ehtimalları rədd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər