Bu il ilk dəfə SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır
Bu il ilk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır.
Bui barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proqramın əsas xüsusiyyətləri aşağıdakılardır:
Beynəlxalq təcrübə əsasında ilk dəfə pilot olaraq tədris əsaslı doktorantura proqramları;
İlkin olaraq pilot qaydada 4 müəssisədə (ARTİ, BDU, ADNSU, BANM) 7 elm sahəsi (riyaziyyat, fizika, kimya, biologiya, yer elmləri, texniki elmlər və pedaqogika) üzrə 80 doktorant;
Təhsil minimum 4 il: 2 il tədris və tədqiqat, növbəti 2 il isə yalnız tədqiqat;
Yalnız dövlət sifarişi əsasında və əyani təhsilalma forması üzrə təhsil;
Qəbul olunanlara doktorantura təqaüdü ilə yanaşı, əlavə olaraq yüksək məbləğdə SABAH təqaüdü;
Doktorantlara qəbul olunduqları müəssisələrdə elmi-pedaqoji istiqamətdə rəsmi əmək fəaliyyəti.
Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plana əsasən respublika üzrə fəlsəfə doktoru proqramı üçün 1388 yer ayrılıb. Ötən illə müqayisədə qəbul yerlərinin sayı 213 yer (18%) artırılıb. 90 müəssisə üzrə 300-ə yaxın ixtisasa qəbul planlaşdırılır. Bu yerlərdən 65 % ali təhsil müəssisələri, 35% isə elmi müəssisələr üzrə nəzərdə tutulub.
Bildiririk ki, artıq son 2 ildə doktoranturaya qəbul yalnız fəlsəfə doktoru proqramı üzrə aparılır. Eyni zamanda son 2 ildə ölkə üzrə ali təhsil müəssisələrinə qəbul olan bütün doktorantlar yalnız dövlət sifarişli – ödənişsiz təhsil alır. Növbəti il üçün də müraciət edən bütün doktorantların yalnız dövlət sifarişi üzrə qəbulu proqnozlaşdırılır.
Xatırladaq ki, ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir. Sənəd qəbulu 9 iyun saat 18:00-da yekunlaşacaq.
Oxşar xəbərlər
İlk dəfə olaraq SABAH proqramı çərçivəsində fəlsəfə doktoru hazırlığına başlanılır
Ötən il Azərbaycanda fəlsəfə doktoru proqramı üzrə buraxılış sayı azalıb
Keçən il Azərbaycanda iki sahədə fəlsəfə doktoru elmi dərəcəsi alan olmayıb
Elmi-tədqiqat bölmələrində ştatdankənar işçilərin sayı açıqlanıb
Ötən il 526 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Milan" rəhbərliyi idarəetmə strukturunda dəyişikliklər planlaşdırır
-
İlham Əliyev Si Cinpinə başsağlığı verib
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
Rusiya ordusu Xarkova zərbələr endirib: ölənlər və yaralananlar var
