Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Bankxarici ölkəxarici pul köçürmələri edən müştərilər Bank of Baku-da bu əməliyyatı sərfəli tariflərlə yerinə yetirə bilərlər.
Belə ki, Bank of Baku ABŞ dolları üzrə ölkəxarici pulköçürmə tariflərinə endirim edərək komissiyanı 0.2 % olaraq müəyyənləşdirib. Üstəlik, minimal komissiya məbləği 15 ABŞ dollarına qədər endirilib, maksimum komissiya məbləği isə 250 ABŞ dolları təşkil edir.
Bu rəqəmlər həm fiziki, həm də hüquqi şəxslər tərəfindən edilən pul köçürmələri üçün keçərlidir. Eyni zamanda, qeyd olunan şərtlərlə həm Bank of Baku filiallarından, həm də İnternet Bankçılıq vasitəsilə pul köçürməsi etmək mümkündür.
Qeyd edək ki, Bank of Baku-da avtomobilin alışı, daşınması və digər köçürmələrlə əlaqədar komissiya şərtləri dəyişilməz olaraq qalır.
Əlavə olaraq bildirək ki, hazırda Bank of Baku-da MDB və digər xarici ölkələrə təcili pul köçürməyə imkanı verən “Western Union”, əhatə dairəsi Türkiyə olan “UPT” və s. ödəniş sistemləri də aktivdir.
Bank of Baku-nun digər məhsul və xidmətləri haqqında ətraflı məlumatla 145 Məlumat Mərkəzi ilə əlaqə saxlayaraq, eləcə də bankın rəsmi veb səhifəsi – www.bankofbaku.com daxil olaraq tanış olmaq olar.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Oxşar xəbərlər
"Bank of Baku"dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Bank of Baku inklüziv cəmiyyəti dəstəkləyir: autizmli uşaqlarla bir gün
Bank of Baku-nun əməkdaşları Xəzərin sahillərini tullantılardan təmizləyib
Bu il ən çox şikayət "Bank of Baku"dan olub - Renkinq
Bu il Azərbaycanda ən çox şikayət olunan bank "Bank of Baku" olub - Renkinq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Azərbaycanda bu şəxslərin İŞ SAATI AZALDILIR? - AÇIQLAMA
-
Rəvan Həsənov: Qarabağda şəhərlər müasirlik və müxtəlifliyi birləşdirərək yenidən qurulur
-
Leyla Əliyeva və Arzu Əliyeva "Urban Expo" sərgisi ilə tanış olublar
-
"Yuventus"un baş məşqçisi Luçano Spalletti mövsümün sonunda komandadan ayrıla bilər
-
Mərakeşdə binanın çökməsi nəticəsində 11 nəfər həlak olub
