Tramp: Azərbaycanla strateji tərəfdaşlığı daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik
sizinxeber.az xəbər saytı

Tramp: Azərbaycanla strateji tərəfdaşlığı daha da möhkəmləndirməyi səbirsizliklə gözləyirik


2025-ci ilin avqust ayında Vaşinqtonda keçirilmiş tarixi sülh sammitindən bəri biz münasibətlərimizi yenidən canlandırmaq üçün birlikdə çalışmışıq və bunun nəticəsi olaraq Vitse-prezident Vens 2026-cı il fevralın 10-da Bakıda Sizinlə Strateji Tərəfdaşlıq Xartiyamızı imzalamışdır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda bildirilib.

“Biz regional əlaqələr, iqtisadi münasibətlər və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə tərəfdaşlığımızı daha da dərinləşdiririk və bu istiqamətlərdə, həmçinin digər sahələrdə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”, - təbrikdə deyilir.

Trampın təbrik məktubunda strateji tərəfdaşlığı gələcək illərdə və onilliklərdə daha da möhkəmləndirməyi səbirsizliklə gözlədikləri vurğulanıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti: Azərbaycanla əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik
Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Tramp: ABŞ Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır
Donald Tramp Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Prezident İlham Əliyev və Donald Tramp arasında telefon danışığı baş tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər