CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
23 
may
2026
10:00
0
0
1 101
ff aaaaaaa

CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb

23 may, 2026
10:00
1 101

CHP-nin nəticələri ləğv edilən qurultayı ilə bağlı əməliyyat: 13 nəfər saxlanılıb

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 38-ci qurultayında nümayəndələrin səsvermə iradəsinə müdaxilə edildiyi iddiaları ilə bağlı başlanılan istintaq çərçivəsində 7 vilayətdə əməliyyat keçirilib.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyatlar İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada həyata keçirilib.

Əməliyyat zamanı 13 şübhəli saxlanılıb. Onların yaşadıqları ünvanlarda axtarış aparılıb və bəzi materiallar götürülüb.

Saxlanılan şəxslər "Siyasi Partiyalar Qanununu pozma", "rüşvət alma" və "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" kimi cinayətlərdə şübhəli bilinir.

Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul