Azərbaycan və Portuqaliya arasında enerji təhlükəsizliyi müzakirə olunub - FOTO
Xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Rangel ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.
Tərəflər iki ölkə arasında siyasi təmasların və qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu çərçivədə iqtisadiyyat, ticarət, investisiya, yaşıl enerji və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Nazirlər qarşılıqlı şəkildə diplomatik təmsilçiliyin səfirlik səviyyəsinə artırılması qərarlarını məmnunluqla qeyd ediblər.
Eyni zamanda, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin və seçkili orqanlara namizədliklərə dəstəyin əhəmiyyəti qeyd edilib.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan-Portuqaliya iqtisadi əlaqələri müzakirə edilib
Azərbaycan və Venesuela arasında regional-beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub
Ceyhun Bayramov Moldovanın XİN-in dövlət katibini qəbul edib
Ceyhun Bayramov Vyetnam xarici işlər naziri ilə görüşüb
Azərbaycan XİN başçısı portuqaliyalı həmkarı ilə ölkələr arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
