Çexiya lideri: Ukraynaya sursat tədarükü proqramında iştirak edən ölkələrin sayı azalıb
sizinxeber.az xəbər saytı

Çexiya lideri: Ukraynaya sursat tədarükü proqramında iştirak edən ölkələrin sayı azalıb


Ukraynaya sursat tədarük edən ölkələrin koalisiyası iki dəfə azalıb.

Bunu Çexiya Prezidenti Petr Pavel “Financial Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, təşəbbüs fəaliyyətini davam etdirsə də, hazırda maliyyə töhfəsi verən ölkələrin sayı təxminən doqquzdur. Halbuki ötən il bu proqramı 18 ölkə maliyyələşdirirdi.

Pavel qeyd edib ki, proqram çərçivəsində Ukraynaya bütün iriçaplı sursatların təxminən 50 faizi çatdırılır.

Çexiya prezidentinin ofisi təşəbbüsdən çıxan ölkələrin adlarını açıqlamayıb.

Oxşar xəbərlər

Çexiya Ukraynaya yardımı dayandıra bilər
Finlandiya Ukrayna üçün sursat alınmasına 30 milyon avro ayıracaq
Çexiya Prezidenti: Tramp böyük açıqlamaları dünya ölkələrinin nəbzini ölçmək üçün verir
Çexiya Ukraynaya 500 min iriçaplı mərmi göndərib
Rütte: NATO üzərindən ABŞ silahlarının Ukraynaya tədarükü davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər