Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub
Azərbaycanın Fransadakı Səfirliyinin, UNESCO yanında Daimi Nümayəndəliyinin və Silahlı Qüvvələrin Fransadakı Hərbi Attaşelik Aparatının birgə təşkilatçılığı və dəstəyi ilə Parisdə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə geniş qəbul təşkil olunub.
"Report" xəbər verir ki, tədbirdə Fransanın yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, UNESCO-nun Baş direktoru Xalid əl-Ənani, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri, eləcə də Fransada yaşayan həmvətənlərimiz iştirak ediblər.
Qəbul Azərbaycan və Fransa Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO yanında daimi nümayəndə Elman Abdullayev və Silahlı Qüvvələrin hərbi attaşesi Cavid Abdullayev çıxış ediblər.
Çıxışlarda Müstəqillik Gününün Parisdə qeyd edilməsinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, müsəlman Şərqində və türk dünyasında ilk dəfə olaraq dünyəvi, parlamentli, müstəqil demokratik respublika məhz Azərbaycanda yaradılıb.
Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli və mürəkkəb yoldan bəhs edilərək, onun mütərəqqi qanunlar qəbul etdiyi, qadınlara seçki hüququ verdiyi və güclü milli dövlətçilik şüuru formalaşdırdığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 1990-cı illərin əvvəllərində yenidən müstəqillik qazanan Azərbaycan böyük çətinliklərlə üzləşsə də, Ümummilli Lider Heydər Əliyevin xilasedici missiyası və yorulmaz fəaliyyəti nəticəsində sabitlik və inkişaf yoluna qədəm qoyub.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən, ölkəmizin dayanıqlı sülhün, regional əməkdaşlığın və bağlantıların təşviqi, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirdiyi siyasətdən danışılıb.
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, inkişaf yolu, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin olunmasında oynadığı mühüm rol, həmçinin qazandığı zəfərlər barədə məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda Silahlı Qüvvələr ilk dəfə ötən əsrin əvvəllərində formalaşdırılıb.
Vurğulanıb ki, Azərbaycan regionun ən güclü ordularından birinə malikdir. Vətən müharibəsində Ordumuzun qazandığı Zəfər, ərazi bütövlüyümüzün bərpası və beynəlxalq hüququn təmin olunması bu gücün bariz nümunəsidir.
Oxşar xəbərlər
Parisdə Müstəqillik Günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul təşkil olunub
Parisdə Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan qəhrəmanlarının xatirəsi yad edilib
Azərbaycanın Fransadakı səfirliyində Müstəqillik Günü qeyd olunub
Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Milli Bəyannamə ilə çıxış edib
Fransada Azərbaycanın Milli Film Günü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
