Azərbaycan XİN İslam aləmini Qurban bayramı münasibətilə təbrik edib
sizinxeber.az xəbər saytı

Azərbaycan XİN İslam aləmini Qurban bayramı münasibətilə təbrik edib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qurban bayramı münasibətilə xalqımızı və bütün İslam aləmini təbrik edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə XİN-in "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Həmvətənlərimizi və bütün İslam aləmini müqəddəs Qurban Bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Qurban Bayramı insanları xeyirxahlıq, mərhəmət, paylaşmaq və mənəvi kamillik kimi ali dəyərlər ətrafında birləşdirir. Bu əziz günlər həmrəyliyin, qarşılıqlı dəstəyin və ehtiyacı olanlara əl uzatmağın vacibliyini bir daha xatırladır.

Bu mübarək günlər hər bir ailəyə sevinc və bərəkət gətirsin, ölkəmizə sülh, əmin-amanlıq və tərəqqi bəxş etsin.

Qurban Bayramınız mübarək!" - paylaşımda bildirilib.

XİN başçısı Ceyhun Bayramov da "X" hesabında bayram təbrikini bölüşüb.

"Müqəddəs Qurban Bayramı münasibətilə həmvətənlərimizi və bütün müsəlmanları səmimi qəlbdən təbrik edir, firavanlıq və əmin-amanlıq arzulayıram.

Qurban Bayramı fədakarlıq, mərhəmət, həmrəylik, paylaşmaq və mənəvi dəyərlərə sədaqət rəmzidir. Bu mübarək günlərin ailələrinizə sevinc, evlərinizə bərəkət, qəlblərinizə rahatlıq gətirməsini diləyirəm.

Qurbanlarınız və dualarınız qəbul olsun! Qurban Bayramınız mübarək!" - nazir qeyd edib.

Oxşar xəbərlər

İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
XİN Ramazan bayramı ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
Paşinyan ilk dəfə Azərbaycanı Qurban bayramı münasibətilə təbrik edib
Prezidentin sosial media hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər