Van İ: BMT Təhlükəsizlik Şurasına üzvlük imtiyaz deyil, məsuliyyətdir
sizinxeber.az xəbər saytı

Van İ: BMT Təhlükəsizlik Şurasına üzvlük imtiyaz deyil, məsuliyyətdir


BMT Təhlükəsizlik Şurasının üzvləri məsuliyyətli davranmalıdır və bu status imtiyaz kimi qəbul edilməməlidir.

APAxəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ BMT Təhlükəsizlik Şurasındakı debat zamanı bildirib.

“Dünyada vəziyyət nə qədər qeyri-sabitdirsə, Təhlükəsizlik Şurasının liderlik rolu bir o qədər vacibdir. Təhlükəsizlik Şurasına üzvlük imtiyaz deyil, məsuliyyətdir”, - çinli diplomat vurğulayıb.

Van İ əlavə edib ki, beynəlxalq ictimaiyyət təşkilatın nüfuzunu gücləndirməli və daha fəal mövqe nümayiş etdirməlidir.

Çin XİN başçısı bildirib ki, Təhlükəsizlik Şurası milli maraqları deyil, kollektiv təhlükəsizlik prinsiplərini rəhbər tutmalıdır.

“BMT Təhlükəsizlik Şurasının səlahiyyətlərini aşan birtərəfli hərbi əməliyyatlar qəbuledilməzdir. Onun qətnamələrindən kənara çıxan birtərəfli sanksiyaların isə hüquqi əsası yoxdur”, - Van İ qeyd edib.

Oxşar xəbərlər

Sergey Şoyqu İran Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
XİN: İran üçün Cənubi Qafqazda təhlükəsizlik vacibdir
İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib
Qriqoryan: Ermənistan özü üçün təhlükəsizlik təminatları axtarır
Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər