ABŞ narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən gəmiyə zərbə endirib
sizinxeber.az xəbər saytı

ABŞ narkotik qaçaqmalçılarına aid olduğu ehtimal edilən gəmiyə zərbə endirib


ABŞ hərbçiləri mayın 26-da Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı üçün istifadə edildiyi ehtimal olunan gəmiyə növbəti zərbə endirib.

APA xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" hesabında məlumat yayıb.

“Əldə olunan kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik daşınması üçün istifadə olunduğunu təsdiqləyib”, – məlumatda bildirilib.

Qeyd olunub ki, zərbə nəticəsində bir nəfər ölüb, iki nəfər isə sağ qalıb.

Bununla əlaqədar ABŞ Sahil Mühafizəsinə axtarış-xilasetmə sisteminin aktivləşdirilməsi barədə məlumat verilib.

ABŞ hərbçilərinin zərər görmədiyi bildirilib.

Oxşar xəbərlər

ABŞ Sakit okeanda narkotik daşıyan daha bir gəmiyə zərbə endirib
ABŞ Sakit okeanda daha bir gəmini vurub, iki nəfər ölüb
ABŞ Sakit okeanda narkotik vasitələri daşıyan daha bir gəmiyə zərbə endirib
ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib
ABŞ narkotik qaçaqmalçılığı ilə əlaqəli gəmiyə zərbə endirib, ölənlər var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər