sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Fransa hərbi bazalarını Seneqala təhvil verməyə başlayıb
Fransa paytaxt Dakarın Mareşal və Sen Ekzüperi bölgələrindəki iki hərbi bazasını Seneqalın nəzarətinə verib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın Seneqaldakı səfirliyi məlumat yayıb.
Bu, Fransa qoşunlarının Seneqaldan tamamilə çıxarılmasının ilk mərhələsi olub.
Məlumatda qeyd olunur ki, digər obyektlər razılaşdırılmış qrafikə uyğun olaraq Seneqala qaytarılacaq, amma dəqiq tarixlər göstərilməyib.
Fransa qoşunların çıxarılması və hərbi obyektlərin təhvil verilməsini koordinasiya etmək üçün Seneqalla birgə komissiya yaratdığını elan edib. Komissiyanın ilk iclası fevralın 28-də baş tutub.
Oxşar xəbərlər
Fransa Seneqaldan qoşunlarını çıxarmağa başlayıb
Le Figaro: Fransanın son hərbçiləri Çadı tərk ediblər
KİV: Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb
Fransa Fil Dişi Sahilindəki hərbi bazasını tərk edib
Fransa son hərbi bazasını da Çad ordusuna təhvil verərək ölkəni tərk edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













