İsrailin hücumları nəticəsində 31 livanlı həlak olub, 40 nəfər yaralanıb
Çərşənbə axşamı səhərdən etibarən İsrail rejiminin hücumları nəticəsində 31 nəfər Livan vətəndaşı həlak olub, 40 nəfər isə yaralanıb.
"Report" "Mehr" Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir.
Nazirlikdən qeyd edilib ki, həlak olanlar və yaralananlar arasında qadınlarla uşaqlar da var.
Daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu "Şir nərəsi" əməliyyatının başlanğıcından İsrail Müdafiə Qüvvələrinin (İMQ) təxminən 2 500 "Hizbullah" terrorçusunu məhv etdiyini açıqlayıb.
Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Həmin gün endirilən zərbələr nəticəsində İranın ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
"Hizbullah" İsraili raket və pilotsuz uçuş aparatları ilə atəşə tutaraq İran tərəfindən müharibəyə qoşulduqdan sonra İsrail Müdafiə Qüvvələri Livanın cənubuna və radikal qruplaşmanın infrastrukturunun yerləşdiyi Beyrutun cənub ətraflarına zərbələr endirib. İsrail həmçinin Livanın cənubunda quru əməliyyatını genişləndirib.
İran, ABŞ və onların müttəfiqləri aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. ABŞ Prezidenti Donald Tramp sonra atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.
Aprelin 14-də Vaşinqtonda ABŞ-nin himayəsi altında Livan-İsrail təmaslarının ilkin mərhələsi baş tutub. Orada atəşkəs razılaşmasının əldə edilməsi məqsədilə sülh danışıqlarının başlama tarixi müəyyən edilməli idi. Nümayəndə heyətlərinə Livan və İsrailin Birləşmiş Ştatlardakı səfirləri rəhbərlik ediblər.
Aprelin 16-da ABŞ Prezidenti Donald Tramp İsrail və Livanın 10 günlük atəşkəs rejiminin tətbiq olunması barədə razılığa gəldiyini bildirib.
Oxşar xəbərlər
İsrail ordusunun Beyruta zərbəsi nəticəsində 8 nəfər ölüb
İsrailin Livanın cənubuna endirdiyi zərbə nəticəsində altı nəfər həlak olub
Livan Səhiyyə Nazirliyi: Martın əvvəlindən İsrailin hücumları nəticəsində 2,6 mindən çox şəxs həlak olub
İsrail ordusunun zərbəsi nəticəsində Livanda üç tibb işçisi həlak olub
ABŞ və İsrailin İrana zərbələri nəticəsində 3,3 mindən çox insan ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
