"Rosaviasiya": Kazan, Nijnekamsk və Ulyanovsk aeroportları fəaliyyətini bərpa edib - YENİLƏNİB
Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk aeroportlarının fəaliyyətinə qoyulan müvəqqəti məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə “Sizinxeber.az” "Rosaviasiya"ya istinadən xəbər verir.
“Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarında Moskva vaxtı ilə 08:30-da (Bakı vaxtı ilə 09:30) təyyarələrin qəbuluna və uçuşuna qoyulan məhdudiyyətlər aradan qaldırılıb”, - idarənin teleqram kanalında bildirilib.
Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə Kazana uçan iki təyyarə Ufa ehtiyat aerodromunda eniş edib.
Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Sizinxeber.az" bu barədə "Rosaviasiya"ya istinadən xəbər verir.
"Mülki hava gəmilərinin uçuş təhlükəsizliyini təmin etmək üçün bu gün səhər Kazan, Nijneкamsk, Ulyanovsk hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - qurumun teleqram kanalında bildirilib.
Qeyd olunub ki, aeroportlar müvəqqəti olaraq reyslər qəbul etmir və yola salmır.
Oxşar xəbərlər
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb
Kazan hava limanında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
Kazan aeroportu fəaliyyətini bərpa edib - YENİLƏNİB
Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb
Kazan hava limanı fəaliyyətini dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
