İspaniya Baş nazirinin həyat yoldaşı korrupsiya işi üzrə məhkəmə qarşısına çıxacaq
sizinxeber.az xəbər saytı

İspaniya Baş nazirinin həyat yoldaşı korrupsiya işi üzrə məhkəmə qarşısına çıxacaq


İspaniya məhkəməsi qərara alıb ki, Baş nazir Pedro Sançesin həyat yoldaşı Beqonya Qomes korrupsiya və nüfuz alveri ittihamları ilə məhkəmə qarşısına çıxacaq.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, ona ölkəni tərk etmək qadağan edilib, pasportunu təhvil vermək və ayda iki dəfə məhkəməyə getməsi tələb olunub.

Bildirilib ki, B.Qomes və P.Sançes bütün ittihamları rədd edirlər.

"Reuters"in məlumatına görə, Pedro Sançes bir sıra korrupsiya araşdırmaları səbəbindən güclü təzyiq altında qalıb. Sançes özü bu işlərin fiqurantı deyil və əvvəllər bildirmişdi ki, araşdırmalar onun hakimiyyətdən kənarlaşdırılmasına dair kampaniyanın bir hissəsidir.

Agentliyin məlumatına görə, baş nazirin bir sıra yaxın silahdaşları, o cümlədən Sosialist Partiyasının rəhbərliyindəki üçüncü şəxs və sabiq nəqliyyat naziri də istintaq altındadır. Onlar ictimai işlər, neft-qaz layihələri və pandemiya dövründə tibbi maskaların satın alınması sahəsindəki müqavilələr üzrə qanunsuz ödənişlər almaqda şübhəli bilinirlər. Bütün fiqurantlar qanun pozuntularını inkar edirlər.

Bundan əlavə, İspaniyanın Ali Məhkəməsi ölkənin sabiq baş naziri Xose Luis Rodriges Sapatero barəsində nüfuz alveri, çirkli pulların yuyulması və üçüncü şəxslərin maraqlarının lobbiçiliyi ilə məşğul olan şəbəkəyə rəhbərlik etmək ittihamları üzrə araşdırma aparıldığını bildirib. Keçmiş hökumət başçısı da ona qarşı irəli sürülən ittihamları rədd edir.

Oxşar xəbərlər

Zelenski və İspaniyanın Baş naziri Pedro Sançes bir sıra əməkdaşlıq sazişləri imzalayıblar
Madriddə etirazçılar Sançes hökumətinin istefasını tələb ediblər
Sançes Trampı qıcıqlandırmaq riski altında Çinə dördüncü dəfə səfər edib
Sançes: İrandakı müharibə beynəlxalq nizamı sarsıdır
İspaniyanın baş naziri elektrik kəsintisinin təfərrüatlarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər