Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"
sizinxeber.az xəbər saytı

Ceyhun Cəlilov: "Naxçıvan aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir"


Naxçıvan Muxtar Respublikası aqrar sahəyə investisiya üçün ən əlverişli regionlardan biridir.

"Report"un yerli bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"na dair Naxçıvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə çıxışı zamanı bildirib.

O xatırladıb ki, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş geniş müşavirə keçirilib, aqrar sahənin mövcud vəziyyəti təhlil olunub, inkişaf istiqamətləri müəyyənləşdirilib və müvafiq tapşırıqlar verilib: "Həmin gün Prezidentin müvafiq Sərəncamı ilə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" qəbul edilib. Son illər ölkədə aqrar sahənin inkişafı istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası, subsidiya mexanizmləri, fermerlərə göstərilən dəstək, güzəştli kreditlər, kənd təsərrüfatı texnikası ilə təminat, su infrastrukturunun möhkəmləndirilməsi və müasir suvarma sistemlərinin tətbiqi aqrar sektorun inkişafına ciddi təkan verib".

Səlahiyyətli nümayəndə qeyd edib ki, Dövlət Proqramı 2026–2030-cu illərdə kənd təsərrüfatında dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, məhsuldarlığın və ixrac potensialının artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur.

C. Cəlilov vurğulayıb ki, Prezident İlham Əliyevin xüsusi diqqəti nəticəsində muxtar respublika fermerləri və sahibkarları üçün dövlət dəstəyi mexanizmləri, vergi və gömrük güzəştləri, daşınma xərclərinin subsidiyalaşdırılması, eləcə də digər stimullaşdırıcı tədbirlərin əhatəsi daha da genişləndirilib. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" və "Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" çərçivəsində həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına əlavə təkan verəcək".

O, həmçinin qeyd edib ki, Dövlət Proqramının uğuru yalnız dövlət qurumlarının fəaliyyəti ilə deyil, həm də özəl sektorun fəal iştirakı ilə təmin olunacaq: "Aqrar sahəyə qoyulan hər bir investisiya ölkənin ərzaq təhlükəsizliyinə, regionların inkişafına və gələcək rifahına xidmət edir".

Oxşar xəbərlər

Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Vahid Hacıyev: "Aqrar sektorda istehsal və emal imkanları genişləndiriləcək"
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər