KİV: Argentina G20 sammitinin kommünikesini bloklamaqla hədələyib
Argentina Braziliyada keçirilən “İyirmilik Qrupu”nun (G20) sammitinin yekun kommünikesini bloklamaqla hədələyib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Argentina hökuməti Braziliyada keçirilən G20 sammitini köhnə və yeni qüvvələr arasında mübarizəyə çevirmək istəyir. Birillik vergi danışıqları və konsensusdan sonra onlar əvvəl razılaşdıqları yerlərdə problemlər yaradırlar", - Braziliya rəsmisi bildirib.
Qeyd olunur ki, Buenos Ayresin etirazları ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi məsələlərinə aiddir.
G20 sammiti noyabrın 18-19-da Braziliyanın cənub-şərqində, Rio-de-Janeyroda Prezident Luiz İnasio Lula da Silvanın sədrliyi ilə keçiriləcək.
Oxşar xəbərlər
Argentina G20 sammitinin kommünikesini bloklamaqla hədələyir
Si Cinpin Braziliyada G20 sammitində iştirak edəcək
DÇ-2026: Argentina və Braziliya milliləri seçmə mərhələdə məğlub olublar
Argentina Prezidenti Britaniyanı Folklend adaları ilə bağlı danışıqlara çağırıb
Dövlət başçısı İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













