

Dövlət başçısı İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
APA xəbər verir ki, Jeraldu Alkmin Braziliya Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı, Luiz İnasio Lula da Silvanın səhhəti ilə əlaqədar COP29-da iştirak edə bilmədiyini qeyd etdi.
Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Braziliya Prezidentinə çatdırmağı xahiş etdi, Luiz İnasio Lula da Silvanın tezliklə sağalmasını arzuladı. Prezident İlham Əliyev Braziliya dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi.
Bakının gözəlliyinin onlarda xoş təəssürat hissi yaratdığını deyən qonaq COP29-un yüksək səviyyədə təşkil edilməsi və uğurlu təşkilatçılıq münasibətilə təbriklərini çatdırdı.
Jeraldu Alkmin Azərbaycanın və Braziliyanın “Troyka” çərçivəsində COP və iqlim dəyişmələri ilə bağlı əməkdaşlığına toxundu. O, ölkəmizlə ikitərəfli münasibətlərin, həmçinin iqtisadi-ticari, kənd təsərrüfatı, sərmayələr sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiklərini dedi.
Söhbət zamanı iqtisadi-ticari məsələlər üzrə işçi qrupun yaradılması, sərmayələr, birgə istehsal müəssisələri, turizm, birbaşa hava əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı.
***
13:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev İordaniya Vəliəhdi ilə görüşüb - YENİLƏNİB
Dövlət başçısı İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşüb
Prezident Konqo Demokratik Respublikasının yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Qabonun vitse-prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Kazanda Milorad Dodik ilə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
