Argentina G20 sammitinin kommünikesini bloklamaqla hədələyir
Argentina vergi və ətraf mühitlə bağlı müddəalarla razılaşmadığı üçün Braziliyada keçirilən İyirmilik Qrupunun (G20) sammitinin yekun kommünikesini bloklamaqla hədələyir.
APA xəbər verir ki, bu barədə Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
"Argentina hökuməti Braziliyada keçirilən G20 zirvə toplantısını köhnə və yeni qüvvələr arasında mübarizəyə çevirmək istəyir" – Bu barədə Braziliya rəsmilərindən biri qəzetə deyib.
Onun sözlərinə görə, bir illik vergi danışıqları və konsensusdan sonra onlar əvvəl razılaşdıqları yerdə problemlər yaradırlar.
Qeyd olunur ki, Buenos-Ayresin etirazları “ən varlı vətəndaşların vergiyə cəlb edilməsi və gender bərabərliyi” məsələlərinə aiddir.
FT vurğulayıb ki, diplomatlar həmçinin iqlim dəyişikliyi və beynəlxalq siyasi məsələlər, o cümlədən Ukrayna münaqişəsi və Yaxın Şərqdəki vəziyyətlə mübarizə üçün layihələrin maliyyələşdirilməsində konsensusa nail olmağa çalışırlar. Nəşrin məlumatına görə, tərəflər bu mövzuların müzakirəsində irəliləyiş əldə ediblər.
Oxşar xəbərlər
DÇ-2026-nın seçmə mərhələsi: Argentina və Braziliya məğlub olub
DÇ-2026: Argentina xal itirib
Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib
Yaponiyada güclü zəlzələ olub
İsrail Xarici İşlər Nazirliyi G20 sammitinin layihəsinə düzəlişlər edilməsini tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













