Eyvaz Cəfərli: Azərbaycanda təkaful sistemi İslam maliyyəsinin inkişafına töhfə verəcək
İslam maliyyəsi sahəsində təkaful ən önəmli və prioritet məsələlərdən biridir. Çünki istənilən İslam maliyyə alətində, xüsusilə də aktiv əsaslı (asset-based) investisiyalarda sığortalanma zərurəti yaranır. Bu ehtiyac İslam maliyyəsində İslam sığortası vasitəsilə, yəni təkaful sistemi ilə təmin olunur.
Bu barədə "Sizinxeber.az-Economics"ə açıqlamasında "Saf Təkaful Sığorta və Təkrarsığorta Brokeri" MMC-nin direktoru Eyvaz Cəfərli deyib.
Onun sözlərinə görə, təkaful İslam sığortası modelidir və ənənəvi sığortadan fərqli olaraq müəyyən spesifik prinsiplərə əsaslanır: "İslam maliyyəsində haram hesab edilən əsas elementlər - faiz (riba), qeyri-müəyyənliyin (gharar) alqı-satqısı və qumar elementli qazanc - təkaful modelində istisna edilir. Bu səbəbdən sistem İslam prinsiplərinə uyğun və halal hesab olunur".
O qeyd edib ki, təkaful sisteminin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, sığorta riski şirkət tərəfindən deyil, iştirakçılar arasında bölüşdürülür. Bu məqsədlə təkaful fondu yaradılır. İştirakçılardan toplanan vəsaitin müəyyən hissəsi idarəetmə haqqı kimi şirkət tərəfindən tutulur, qalan hissə isə təkaful fonduna yönəldilir:
"Fond hesabına sığorta hadisələri üzrə ödənişlər həyata keçirilir. İl sonunda fond qalığı formalaşarsa, həmin vəsait iştirakçıların payı hesab olunur və gələcək sığorta müqavilələrində əvəzləşdirilə bilər. Bu mexanizm sistemin əsas üstünlüklərindən biridir".
"Bundan əlavə, ölkədə İslam maliyyəsi sahəsinin inkişafı ilə bağlı müsbət dinamika müşahidə olunur. Hazırda İslam İnkişaf Bankının illik tədbirləri və İslam İqtisadi Forumu çərçivəsində özəl sektorla geniş görüşlər keçirilir ki, bu da İslam iqtisadiyyatının inkişafına töhfə verir. Eyni zamanda sukuk və digər İslami investisiya alətlərinin tətbiqi istiqamətində işlər aparılır və yaxın zamanda onların tətbiqinə başlanılması gözlənilir," - deyə o qeyd edib.
Eyvaz Cəfərli vurğulayıb ki, bu inkişaflar nəticəsində İslam maliyyə institutlarının investisiya imkanları genişlənəcək: "Fond vəsaitlərinin investisiyasından əldə olunan gəlirlər müəyyən idarəetmə haqqı çıxıldıqdan sonra yenidən iştirakçıların fonduna yönəldiləcək və beləliklə, iştirakçılar investisiya gəlirlərindən də əlavə fayda əldə edəcəklər".
Oxşar xəbərlər
Azərbaycanda ilk dəfə İslam Sığortası (Takaful) Ekosistemi fəaliyyətə başlayır - FOTO
"Rəqəmsal Transformasiya və İslam Maliyyəsində vəsaitlərin əlçatanlığı" mövzusunda 19-cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib
ITFC: İslam maliyyəsi ilə halal iqtisadiyyat arasında əlaqə gücləndirilməlidir
Nazir müavini: "Azərbaycan halal iqtisadiyyat və regional inteqrasiyanı paralel inkişaf etdirir"
"Rabitabank"ın baş icraçı direktoru: İslam maliyyəsi banklar üçün alternativ maliyyələşmə imkanları yaradır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Ümid Mamadaminov: "Xəzərdən keçən enerji dəhlizinin TİƏ-nin birinci mərhələsi gələn il başa çatacaq" - EKSKLÜZİV
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbərinə hökm oxunub
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
