İsrailin Beyruta hava hücumu zamanı 8 nəfər ölüb, 59 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-4
sizinxeber.az xəbər saytı

İsrailin Beyruta hava hücumu zamanı 8 nəfər ölüb, 59 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-4


İsrailin Beyruta hava hücumu zamanı 8 nəfər ölüb, 59 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

***

18:12

İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Hizbullaha yaxın mənbə isə AFP-yə İbrahim Akilin İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

***

17:45

İsrailin Livandakı hücumunun əsas hədəfi Hizbullahın əməliyyat qrupunun komandiri İbrahim Akil olub.

Sizinxeber.az xəbər verir ki, Akil Hizbullahın Livanın cənubundakı əsas hərbi komandiri və Fuad Şükrün öldürülməsindən sonra Nəsrullahın yeni iki nömrəli komandirinə çevrilib.

İbrahim Akil 1983-cü ildə Beyrutdakı ABŞ Səfirliyi və Dəniz Piyadaları Qərargahında törədilən partlayışlara görə Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarışa verilib və onun başına 7 milyon dollar mükafat qoyulub.

***

17:31

İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 5 nəfər ölüb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.

***

17:23

İsrail ordusunun Beyruta endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın müavini Naim Qassemin hədəf alındığı bildirilir.

Sizinxeber.az xəbər verir ki, Livan mediasının məlumatına görə, aviazərbə "Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsinə endirilib.

İsrail qüvvələrinin hücumu F-35-lərlə həyata keçirdiyi qeyd olunub.

***

16:58

İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinə zərbə endirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.

Oxşar xəbərlər

İsrailin Beyruta hava hücumu zamanı Hizbullahın əməliyyat qrupunun komandiri öldürülüb - VİDEO - YENİLƏNİB-3
İsrailin Livandakı hücumunun əsas hədəfi Hizbullahın əməliyyat qrupunun komandiri olub - VİDEO - YENİLƏNİB-2
İsrail Beyruta hava zərbəsi ilə bağlı ABŞ-ı məlumatlandırmayıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb
İranın hərbi müşaviri İsrailin Beyruta aviazərbəsi nəticəsində həlak olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər