İsrailin Beyruta hava hücumu zamanı Hizbullahın əməliyyat qrupunun komandiri öldürülüb - VİDEO - YENİLƏNİB-3
İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 3 nəfər ölüb, 17 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Hizbullaha yaxın mənbə isə AFP-yə İbrahim Akilin İsrailin hava hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.
***
17:45
İsrailin Livandakı hücumunun əsas hədəfi Hizbullahın əməliyyat qrupunun komandiri İbrahim Akil olub.
APA xəbər verir ki, Akil Hizbullahın Livanın cənubundakı əsas hərbi komandiri və Fuad Şükrün öldürülməsindən sonra Nəsrullahın yeni iki nömrəli komandirinə çevrilib.
İbrahim Akil 1983-cü ildə Beyrutdakı ABŞ Səfirliyi və Dəniz Piyadaları Qərargahında törədilən partlayışlara görə Federal Təhqiqat Bürosu (FTB) tərəfindən axtarışa verilib və onun başına 7 milyon dollar mükafat qoyulub.
***
17:31
İsrailin Beyrutun cənubuna endirdiyi aviazərbə nəticəsində 5 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb.
***
17:23
İsrail ordusunun Beyruta endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Həsən Nəsrullahın müavini Naim Qassemin hədəf alındığı bildirilir.
APA xəbər verir ki, Livan mediasının məlumatına görə, aviazərbə "Hizbullahın qalası" kimi tanınan Dahiyə bölgəsinə endirilib.
İsrail qüvvələrinin hücumu F-35-lərlə həyata keçirdiyi qeyd olunub.
***
16:58
İsrail ordusu Livanın paytaxtı Beyrut şəhərinə zərbə endirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
Oxşar xəbərlər
İsrailin Livandakı hücumunun əsas hədəfi Hizbullahın əməliyyat qrupunun komandiri olub - VİDEO - YENİLƏNİB-2
İsrail Beyruta hava zərbəsi ilə bağlı ABŞ-ı məlumatlandırmayıb
İsrailin raket zərbələri nəticəsində “Hizbullah” komandiri öldürülüb
KİV: "Hizbullah" qərargahını Beyrutdan köçürüb
İsrail "Hizbullah"ın Beyrutdakı strateji bölməsinin rəhbəri Fuad Şükrü məhv etdiyini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












