Fransa hökuməti ərəblərə və afrikalılara qarşı ayrı-seçkilikdə ittiham olunub
sizinxeber.az xəbər saytı

Fransa hökuməti ərəblərə və afrikalılara qarşı ayrı-seçkilikdə ittiham olunub


"Human Rights Watch", "(RE) Claim" və "Maison communautaire pour un développement solidaire" (MCDS) hüquq-müdafiə təşkilatlarının iddiasına görə, Fransa polisi ərəb və Afrika mənşəli gənclərə qarşı ayrı-seçkilik məqsədilə ictimai asayişin xırda pozuntularına görə mütəmadi olaraq cərimələr tətbiq edir.

"Sizinxeber.az"un Avropa bürosu xəbər verir ki, bu barədə iyunun 17-si dərc edilmiş "Polis təqiblərinin bədəli" (Paying the Price of Police Harassment) adlı məruzədə bildirilib.

Tədqiqat 2025–2026-cı illərdə Paris və onun ətraf ərazilərində götürülmüş 42 müsahibəyə əsaslanır. Müəlliflər iddia edirlər ki, polis müntəzəm olaraq "sehrli trio" adlandırılan – ictimai yerlərdə səs-küy, zibil və adətən "çirkləndirici mayelərin icazəsiz atılması"na görə cərimələr yazır.

"Polis gənc afrikalılar və ərəbləri hədəfə alaraq cərimələmək hüququndan sui-istifadə edir, bu da ayrı-seçkiliyin bir nümunəsidir", - məruzədə qeyd olunur.

Müəlliflər iddia edirlər ki, cərimələr onsuz da tez-tez sənədlərin yoxlanılması, axtarışlar və polis tərəfindən saxlanılmalarla üzləşən gənclərə qarşı əlavə təzyiq alətinə çevrilib.

Hüquq müdafiəçiləri həmçinin bildirirlər ki, mövcud sistem polis əməkdaşlarına məhkəmə nəzarəti olmadan hüquqpozma faktını müstəqil şəkildə müəyyən etməyə imkan verir.

Parisdə sistematik sui-istifadələrlə bağlı ittihamları rədd edirlər. Məruzədə qeyd edilib ki, Fransanın daxili işlər naziri Loran Nunyes cərimələnmiş vətəndaşların şikayət etmək hüququnun olduğunu və sistemin "gündəlik təhlükəsizliyin təmin edilməsi üçün əvəzolunmaz alət" olaraq qaldığını bildirib.

Oxşar xəbərlər

Araşdırma: Fransada əhalinin təxminən yarısı irqçilik halları ilə üzləşib
Fransa polisi Martinikdəki etirazları yatırmaq üçün xüsusi qüvvə göndərəcək
Tehran ABŞ-ni İranın futbol yığmasına viza verilməsində ayrı-seçkilikdə ittiham edib
Polşa polisi hakimiyyəti kütləvi etirazlarla hədələyib
Fransa - İsrail matçı zamanı təhlükəsizliyin qorunmasına çox sayda polis cəlb ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər