Qətərdə qaz emalı zavodunda partlayışda 13 nəfər ölüb, 66 yaralı var - YENİLƏNİB-1
Qətərdə qaz emalı zavodunda baş verən partlayış nəticəsində 13 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə Qətərin energetika naziri Saad əl-Kaabi bildirib.
Ölənlər Hindistan və Pakistan vətəndaşlarıdır.
Daha 66 nəfər isə yaralanıb, onlar xəstəxanalarda müalicə olunurlar. Yaralılar arasında Qətər, həmçinin Asiya və Afrika ölkələrinin vətəndaşları var.
***
07:27
Qətərin Ras-Laffan sənaye zonasında yerləşən qaz emalı zavodunda baş verən partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfər isə itkin düşmüş hesab olunur.
APA xəbər verir ki, bu barədə Qətər Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Ras-Laffan sənaye rayonundakı zavodlardan birində baş vermiş qəza nəticəsində xəsarət alanların sayı 54 nəfərdir. Daxili Təhlükəsizlik Qüvvələrinin “Ləxviyə” axtarış-xilasetmə qrupu və mülki müdafiə əməkdaşları 18 itkin düşmüş şəxsin axtarışını davam etdirir”, - deyə məlumatda bildirilir.
***
00:27
Qətərin Ras-Laffan sənaye zonasında yerləşən mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı müəssisəsində partlayış baş verib.
APA xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, partlayışa texniki nasazlıq səbəb olub. Hadisə nəticəsində xəsarət alan olmayıb və insanların təhlükəsizliyinə təhdid yaradan hər hansı sızma qeydə alınmayıb.
Nazirlik bildirib ki, hazırda hadisə yerində mülki müdafiə qüvvələri fəaliyyət göstərir. Şahidlərin sözlərinə görə, partlayışdan sonra ərazidə yanğın başlayıb.
Qeyd edək ki, Ras-Laffan Qətərin şimal sahillərində yerləşən və dünyada ən böyük mayeləşdirilmiş təbii qaz istehsal mərkəzi hesab olunan sənaye klasteridir.
Kompleks dövlətə məxsus "QatarEnergy" şirkətinin idarəçiliyindədir.
Oxşar xəbərlər
Qətərdəki qaz zavodunda partlayış nəticəsində azı 54 nəfər xəsarət alıb - YENİLƏNİB
Qətərdə qaz emalı zavodunda baş verən partlayışda 13 nəfər ölüb - YENİLƏNİB-2
Qətərdə qaz emalı zavodunda baş verən partlayışda azı 54 nəfər xəsarət alıb - YENİLƏNİB
Qətərdə mayeləşdirilmiş təbii qaz zavodunda partlayış baş verib
Qətərdə fabrikdə partlayış baş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
