Kreml Rusiya-ABŞ sammitinin vaxtının dəqiqləşdirilmədiyini bəyan edib
sizinxeber.az xəbər saytı

Kreml Rusiya-ABŞ sammitinin vaxtının dəqiqləşdirilmədiyini bəyan edib


Rusiya-ABŞ sammitinin nə vaxt keçiriləcəyi bəlli deyil.

Oxu.Az interfaks.ru-ya istinadla xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

O bu gün jurnalistlərə müsahibəsində Qərb mediasının Rusiya-ABŞ sammitinin təxirə salına biləcəyi barədə xəbərlərini şərh edərək deyib:

"Prezidentlər arasında anlaşma var, lakin vaxtı dəqiqləşdirilməyən bir tədbiri təxirə salmaq olmaz. Dəqiq tarixi nə Prezident Tramp, nə də Prezident Putin açıqlayıb. Hazırlıq, özü də ciddi hazırlıq işləri aparılmalıdır. Siz həm ABŞ tərəfinin, həm də bizim bu barədə bəyanatlarımızı eşitmişiniz. Bu məsələ üçün vaxt tələb olunur. Ona görə də bu işdə, əslində, hər hansı dəqiq vaxt əvvəlcədən müəyyən olunmayıb".

Peskov, həmçinin "Lavrovla Rubio arasındakı telefon danışığından sonra Rusiya-Amerika sammitinin nə qədər tez təşkil oluna biləcəyinə dair hazırda Moskvada hansı əhval-ruhiyyə hökm sürür?" sualına cavabında bildirib:

"İşgüzar əhvali-ruhiyyədəyik. Qarşıda bizi çətin proses gözləyir".

Oxşar xəbərlər

Kreml MDB liderlərinin qeyri-rəsmi sammitinin keçiriləcəyi vaxtı açıqlayıb
Kreml: Putin-Tramp görüşü ilə bağlı məsələ hələ gündəmdə deyil
Peskov: Rusiya-ABŞ sammitindən sonra heç bir sənədin imzalanması planlaşdırılmır
Kreml: Rusiya ilə ultimatum dili ilə danışmaq olmaz
Peskov: Minsk Rusiya, ABŞ və Ukrayna liderləri arasında danışıqlar üçün ən yaxşı yerdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər