Builki sertifikatlaşdırma prosesində 23 mindən çox müəllim iştirak edəcək
sizinxeber.az xəbər saytı

Builki sertifikatlaşdırma prosesində 23 mindən çox müəllim iştirak edəcək


2026-cı il üzrə sertifikatlaşdırma prosesi başlayır.

Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, prosesə hazırlıq işləri yekunlaşıb.

"Cari ildə ilk dəfə olaraq tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri də prosesə daxil edilib. Ümumilikdə, cari ildə 23 min nəfərdən çox müəllim 19 şəhər üzrə 35 imtahan mərkəzində bilik və bacarıqlarını nümayiş etdirəcək".

Bildirilib ki, prosesin şəffaflığı və operativliyini təmin etmək məqsədilə imtahan mərkəzlərində bütün zəruri texniki və təşkilati tədbirlər görülüb.

"Sertifikatlaşdırma yalnız bir qiymətləndirmə vasitəsi deyil, eyni zamanda müəllimlərin öz üzərlərində işləməsi və peşəkar inkişafı üçün yeni imkanlar yaradan bir platformadır".

Qeyd edək ki, 2022-ci ildən etibarən həyata keçirilən və təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən sertifikatlaşdırma prosesinə indiyədək 84 minə yaxın müəllim cəlb edilib. Sertifikatlaşdırma prosesi pedaqoji heyətin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. İndiyədək sertifikatlaşdırmadan uğurla keçən 24 minə yaxın müəllimin vəzifə maaşına 35 faiz, 49 mindən artıq müəllimin maaşına isə 10 faiz artım tətbiq edilib.

Oxşar xəbərlər

Bu il beş fənn üzrə müəllimlərin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur
Sertifikatlaşdırma imtahanından sonra artımla maaş alacaq müəllimlərin sayı açıqlanıb
Builki sertifikatlaşdırma prosesində 2 343 nəfər müvafiq keçid balını toplamayıb
Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir
Təkrar sertifikatlaşdırmadan keçməyən 2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər