Vüqar Bayramov: "Kraudfandinq kütləvi sərmayə cəlb etməkdə əsas alətlərdən biri olub"
Kraudfandinq dünyada kütləvi sərmayə cəlb etmək üçün əsas alətlərdən birinə çevrilməkdədir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Vüqar Bayramov komitənin bu gün keçirilən iclasında - "Kraudfandinq haqqında", eləcə də bir sıra qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı bildirib.
"Qlobal kraudfandinq bazarının dəyəri ilə bağlı fərqli rəqəmlər təqdim olunsa da, onun təxminən 20 milyard ABŞ dollarından çox olduğu bildirilir. Daha çox P2P prinsipi əsasında sərmayə cəlb edən platformalar qlobal və regional layihələrin maliyyələşdirilməsini həyata keçirirlər. Ənənəvi mükafatlandırma və ianə kampaniyaları qlobal kapitalın təxminin 1 %-ni təşkil edir. Kraudfandinq üsullarına gəldikdə isə səhm əsaslı, borc əsaslı, blokçeyn əsaslı və digərlərini qeyd etmək lazımdır. Qlobal olaraq kraudfandinqin son istifadəçiləri startuplar, QHT-lər və fərdlər hesab edilsə də müzakirə etdiyimiz Qanun layihəsi birbaşa iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara ünvanlanır. Yəni, kraundfandiqin ənənəvi fəlsəfəsində nəzərdə tutulan benefisiarların bir qismi, o cümlədən QHT-lər və fərdlər qanun layihəsinin məqsədlərində ayrıca qeyd edilməyib".
Deputat vurğulayıb ki, inkişaf etmiş ölkələrin əksəriyyətində kraudfandiq fəaliyyəti xüsusi qanun ilə deyil, aktlar və ya qaydalar ilə tənzimlənir: "Yəni, bu fəaliyyətin ciddi institutsionallaşması həyata keçirilmir. Müzakirə etdiyimiz qanun layihəsində isə xüsusi qaydalar və eləcə də reyster sisteminin yaradılması təklif edilir. Əslində, kraudfandiqin fəlsəfəsi daha sadə metodlar ilə daha çox vətəndaşdan sərmayə və ya ianənin cəlb edilməsidir. Bu sərmayə cəlbində operatorların fəaliyyəti olduqca vacib istiqamətdir. Hazırda, qlobal olaraq "GoFundMe" və "Kickstarter" kimi aktiv platformalar yaradılıb. Layihəyə əsasən, operatorun nizamnamə və məcmu kapitalı Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi minimum miqdardan az olmamalıdır. Nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın hesablanması qaydasını, habelə strukturunu və tərkibini AMB müəyyən edir. Daha məqsədəuyğun olardı ki, nizamnamə kapitalının formalaşdırılması və məcmu kapitalın məbləği ilə bağlı Qanun layihəsinə konkret meyarlar müəyyənləşsin ki, qaydalar məhz həmin indikatorlar əsasında hazırlansın".
Oxşar xəbərlər
Milli Məclisə “Kraudfandinq haqqında” qanun layihəsi daxil olub
İRİA: "Vençur fondları və kraudfandinq üçün hüquqi baza yaradılacaq"
“Kraudfandinq haqqında” qanun layihəsi hazırlanıb, operatorların reyestri yaradılacaq
Nazir müavini: "Dünya iqtisadiyyatında rəqabətin forması dəyişir"
Vüqar Gülməmmədov: "Dövlət qurumlarında əməkhaqqı disproporsiyası var"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Putin Kazanda Hakan Fidanla görüşəcək
-
Nazir: Britaniya ilə Azərbaycan ikitərəfli ticarət və investisiyaları artıracaq
-
Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib
-
MM-in komissiyası: Fransa mətbuatında Azərbaycanın mənfi imicinin yaradılması davamlı xarakter daşıyır
-
İngiltərə millisinin futbolçusu Tino Livramento DÇ-2026-da meydana çıxa bilməyəcək
-
AYNA: Bakıda daha bir marşrutda bütün avtobuslar yenilənir
