Bakıda avtomobil təmiri sexi yanıb
Bakıda avtomobil təmiri sexi yanıb.
Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilibş
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Nizami rayonu, M.Əliyev küçəsində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 175kv.m. olan bir dam altında tikilmiş 7 boksdan ibarət avtomobil təmiri sexinin yağdəyişmə hissəsində baş vermiş yanğın genişlənməsinə, həmiçinin digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində sexin iki boksunun yanar konstruksiyaları və damına yığılmış təkərlər 50kv.m. sahədə yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Zabratda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın olub
Zabratda avtomobil təmiri sexi yanır
Köhnə Günəşlidə avtoservisdəki yanğın söndürülüb - YENİLƏNİB - 2
Bakıda BMW yanıb
Zabratda yanacaqdoldurma məntəqəsi ərazisində təmir sexində yanğın olub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Zaqatalada maşın aşıb, ölən var
-
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib
