Azərbaycanın 12 investisiya şirkətinin məcmu aktivləri 27 %-ə yaxın azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın 12 investisiya şirkətinin məcmu aktivləri 27 %-ə yaxın azalıb


Azərbaycanın qiymətli kağızlar bazarında fəaliyyət göstərən 12 investisiya şirkətinin məcmu aktivləri bu il yanvarın 1-nə 173,172 milyon manat təşkil edib.

"Sizinxeber.az" xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 26,7 % azdır.

2025-ci ildə şirkətlərdən 5-i aktivlərini artırıb, 7-si azaldıb.

Hesabat ilində investisiya şirkətlərinin məcmu öhdəlikləri 36,1 % azalaraq 116,795 milyon manat təşkil edib. Şirkətlərdən 6-da öhdəliklər azalıb, 5-də artıb, 1-də isə dəyişməyib.

Ötən il investisiya şirkətlərinin məcmu balans kapitalı 5,4 % artaraq 56,375 milyon manata, məcmu nizamnamə kapitalı isə 6,2 % artaraq 22,93 milyon manata çatıb. Bazar iştirakçılarından 10-u balans kapitalını, 2-si isə nizamnamə kapitalını artırıb.

Oxşar xəbərlər

Azərbaycan sığortaçıları məcmu aktivlərini 15 % artırıb
Azərbaycanın 15 sığortaçısının məcmu aktivləri 3 %-dən çox artıb
"İnvest-AZ İnvestisiya Şirkəti"nin maliyyə vəziyyəti açıqlanıb
Azərbaycan sığortaçıları məcmu xalis mənfəətini 3 %-ə yaxın artırıb
"CPM-İnvest İnvestisiya Şirkəti" maliyyə vəziyyətini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər