Seymur Səfərli: "Kənd təsərrüfatına cəlb olunacaq investisiyanın həcmi arta bilər"
sizinxeber.az xəbər saytı

Seymur Səfərli: "Kənd təsərrüfatına cəlb olunacaq investisiyanın həcmi arta bilər"


Kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan 5 milyard manatdan çox investisiyanın həcmi gələcəkdə artırıla bilər.

Bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Report"un Qubaya ezam olunmuş müxbirinin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, proqram çərçivəsində hesablanan investisiya həcmi ilkin göstəricidir və yerlərdə aparılmış qiymətləndirmələrin nəticələrinə əsaslanır: "Bu rəqəmlər Kənd Təsərrüfatı Nazirliyində yaradılmış İşçi Qrupları tərəfindən yenidən dəyərləndiriləcək. Ola bilər ki, investisiyanın həcmi artırılsın. Dövlət Proqramı heyvandarlıq, quşçuluq, balıqçılıq və digər istiqamətlər də daxil olmaqla aqrar sektorun müxtəlif sahələrini əhatə edir".

Oxşar xəbərlər

Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Azərbaycanda aqrar sahədə ixracın 2 milyard dollara çatdırılması hədəflənir
Azərbaycanda yaylaq ehtiyatlarının məhdudluğu bəzi fermerlər üçün problemlər yaradır
Rəşad Hüseynov: "Yeni Dövlət Proqramı kənd təsərrüfatının bütün alt sektorlarını əhatə edəcək"
Son 10 ildə Azərbaycanda aqrar sektor təxminən 38 % böyüyüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər