Daşkəsəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində ödənişsiz tibbi müayinələr keçirilib
"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində növbəti səyyar tibbi aksiya Daşkəsən rayonunda təşkil olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşəbbüsü və təşkilatçılığı, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində sakinlərə ödənişsiz tibbi xidmətlər göstərilib.
Daşkəsən Rayon Mərkəzi Xəstəxanasında keçirilən müayinələr zamanı kardiologiya, endokrinologiya, uşaq nevrologiyası, nevrologiya, dermatologiya və urologiya istiqamətləri üzrə həkimlər tərəfindən tibbi müayinələr aparılıb.
İki gün ərzində ümumilikdə 300-dən çox rayon sakini müayinədən keçib. Müayinə nəticəsində səhhətində problem aşkarlanan şəxslərə müvafiq tibbi tövsiyələr verilib və müalicə istiqamətləri müəyyənləşdirilib.
Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd edək ki, "Həmkardan həmkara qayğı ilə" layihəsi ucqar bölgələrdə yaşayan əhalinin tibbi xidmətlərə çıxış imkanlarının artırılması, onların sağlamlığının qorunması və dövlətimizin sosial siyasətinə töhfə vermək məqsədi daşıyır.
2025-ci ilin aprel ayından start götürən layihə çərçivəsində indiyədək ümumilikdə 3 minə yaxın vətəndaş ödənişsiz tibbi müayinələrdən faydalanıb.
Oxşar xəbərlər
Yardımlıda ödənişsiz tibbi müayinələr keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası yeni sosial layihəyə start verir
Səhiyyə Nazirliyi ilk dəfə Cəbrayılda əhali üçün tibbi müayinələr təşkil edib
TƏBİB Füzulidə “Ürəyimiz Qarabağda döyünür!” layihəsi keçirəcək
“Həmkardan həmkara qayğı ilə” sosial layihəsi Şabranda davam etdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Lukas Qrabauskas "Sabah" basketbol klubunun idman direktoru təyin olunub
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
Zaqatalada maşın aşıb, ölən var
-
Moskvada Elvin Paşayev dələduzluq ittihamı ilə həbs edilib
