"Anadolu Qartalı-2025”də iştirak edən azərbaycanlı pilot: Hərbi təlimlərdə yüksək nailiyyətlər əldə etmişik
Azərbaycanın Hərbi Hava Qüvvələri (HHQ) artıq neçənci dəfədir ki, bu cür beynəlxalq təlimə qatılır.
Bunu "Sizinxeber.az"un Konyaya ezam olunan əməkdaşına "Anadolu Qartalı-2025” beynəlxalq təlimində iştirak edən polkovnik-leytenant Sabir Nəsirov açıqlamasında deyib.
O bildirib ki, qardaş Türkiyə də daxil olmaqla digər təlimdə iştirak edən dövlətlərin nümayəndələri ilə fikir mübadiləsi aparırlar:
"İştirakçılarla praktiki və nəzəri biliklərimizi bölüşürük. Təlimdə iştirak etməkdə məqsədimiz hərbi biliklərimizi artırmaqdır. Yeni biliklər, xarici ölkələrin texnikalarını da öyrənməyə çalışırıq. Yaxşı nəticələr əldə edirik".
Hərbi pilot onu da deyib ki, bundan əvvəl "Anadolu Ankası" və Qazaxıstanda hərbi təlimlərdə iştirak ediblər:
"Qatıldığımız hər bir təlimdə Azərbaycanı yaxşı tərəfdən təmsil etməyə çalışırıq. Həmin təlimlərdə yüksək nailiyyətlər əldə etmişik. "Anadolu Qartalı" təlimində müxtəlif ölkələr, həmçinin NATO qüvvələri iştirak edir. Təlimdə NATO taktikalarını da müşahidə edirik".
Oxşar xəbərlər
“Anadolu Qartalı - 2025” beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir
Kərim Vəliyev Beynəlxalq Anadolu Qartalı - 2025-də iştirak edib
Türkiyə HHQ rəsmisi: "Anadolu Qartalı" təlimi həm də müxtəlif ölkələrin hava qüvvələrinin birgə fəaliyyətidir
"Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
Azərbaycan Ordusunun “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətinə baxış keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
"Azəriqaz" qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq
-
"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb
-
"Viator Mikrokredit Azərbaycan" BOKT-un xalis mənfəəti 2 dəfə azalıb
-
FHN sel təhlükəsi ilə bağlı tədbirlər keçirib
-
"Sumqayıt" baş məşqçisi Saşa İliçlə vidalaşıb

