WUF13: Bakı Bəyannaməsini 82 ölkədən 441 QHT nümayəndəsi imzalayıb
sizinxeber.az xəbər saytı

WUF13: Bakı Bəyannaməsini 82 ölkədən 441 QHT nümayəndəsi imzalayıb


WUF13 çərçivəsində keçirilən QHT Forumunda qəbul olunan Bakı Bəyannaməsini 82 ölkədən 441 vətəndaş cəmiyyəti nümayəndəsi imzalayıb.

"APA-Economics" xəbər verir ki, bunu WUF13-ün Milli Koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə təşkil edilən QHT Forumunda 100-dən çox ölkədən 800-ə yaxın nümayəndə iştirak edib.

Anar Quliyev bildirib ki, Azərbaycan QHT-lərinin təşəbbüsü ilə hazırlanan Açıq Dayanıqlılıq və Qlobal Əməkdaşlıq üzrə Bakı Bəyannaməsi beynəlxalq həmrəyliyin, tərəfdaşlığın və urban problemlərin həllində birgə fəaliyyətin vacibliyini bir daha vurğulayıb.

Komitə sədri qeyd edib ki, forum çərçivəsində fəaliyyət göstərən QHT Pavilyonunda 59 tədbir keçirilib və bu tədbirlərdə 3 minə yaxın yerli və xarici iştirakçı yer alıb.

Oxşar xəbərlər

Bakıda keçirilən WUF13-də 53,5 min iştirakçı qeydə alınıb
Anar Quliyev: WUF13-ə ev sahibliyi Azərbaycan üçün böyük şərəf və ciddi məsuliyyətdir
Anar Quliyev: WUF13 Azərbaycanın şəhərsalma və bərpa modelini dünyaya təqdim edib
WUF13 üzrə yekun sənəd BMT Baş Assambleyasına təqdim ediləcək
Aygün Əliyeva: WUF13 QHT Forumu keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər