"Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir
sizinxeber.az xəbər saytı

"Anadolu Qartalı-2025"də iştirak edən azərbaycanlı pilot: Məqsəd ölkələrin taktika və texnikalarını öyrənməkdir


Məqsəd təyyarələrimizin imkanlarını bu təlimdə nümayiş etdirməkdir.

Bunu "Report"un Konyaya ezam olunan müxbirinə açıqlamasında "Anadolu Qartalı-2025" təlimində Azərbaycanı təmsil edən hərbi pilot, polkovnik-leytenant Elçin Rəfiyev deyib.

O bildirib ki, məqsəd həm də digər ölkələrin taktikalarını öyrənmək və texnikalarının istifadə qaydalarına yiyələnməkdir.

Onun sözlərinə görə, təlimdə iştirak edən hər bir ölkə öz təyyarəsinin imkan və qabiliyyətlərini göstərir:

“2020-ci il Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin göstərişinə əsasən Silahlı Qüvvələrimiz Türkiyə Silahlı Qüvvələrinin modelinə keçib və onların təcrübəsi öyrənilir:

"Bundan sonra biz onlarla davamlı olaraq birgə təlimlər keçiririk. Təlimlərdə nəzəri və praktiki hazırlıqlardan istifadə edilir. Məqsədimiz işləri görərək texnikalarımızı daha da inkişaf etdirməkdir".

"Müharibədən sonra arsenalımız zənginləşib. Ağıllı bombalar, ağıllı döyüş sursatları modernizasiya olundu. Bunların istifadə qaydasını həm öyrənmək, həm də tətbiq etmək üçün bu cür təlimlər vacibdir. Çünki qüvvələrimizi yeni silahlardan istifadə ilə təkmilləşdiririk", - deyə "Qarabağ" ordenlı pilot vurğulayıb.

Qeyd edək ki, təlimdə 10-dan çox ölkə iştirak edib.

Oxşar xəbərlər

“Anadolu Qartalı - 2025” beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir
Türkiyə HHQ rəsmisi: "Anadolu Qartalı" təlimi həm də müxtəlif ölkələrin hava qüvvələrinin birgə fəaliyyətidir
Kərim Vəliyev Beynəlxalq Anadolu Qartalı - 2025-də iştirak edib
Azərbaycan hərbçiləri “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində iştirak ediblər - VİDEO
"Anadolu Ankası – 2025" təlimində növbəti mərhələnin tapşırıqları icra olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər