“Anadolu Qartalı - 2025” beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir
sizinxeber.az xəbər saytı

“Anadolu Qartalı - 2025” beynəlxalq təlimində 75 hərbi təyyarə iştirak edir


Bu il Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində ümumilikdə 75 hərbi təyyarə iştirak edir.

"Sizinxeber.az"un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyə Hava Qüvvələrinin (THQ) əməkdaşı Fetek Karakuş təlimlə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, təlimə THQ-nin 45, digər ölkələrin isə 30 hərbi təyyarəsi qatılıb:

"Azərbaycan isə iki "SU-25" təyyarəsi ilə təlimdə iştirak edir".

Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.

Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır.

Oxşar xəbərlər

Kərim Vəliyev Beynəlxalq Anadolu Qartalı - 2025-də iştirak edib
Azərbaycan pilotları “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində uçuşlar həyata keçirib
Azərbaycan hərbçilərinin də qatıldığı "Beynəlxalq Anadolu Qartalı-2025"i 5 dövlət müşahidəçi kimi izləyir - VİDEO
Azərbaycanın Su-25 hücum təyyarələrinin qatıldığı “Anadolu Ankası- 2025” beynəlxalq təlimi başlayıb
“Anadolu Qartalı - 2025”i 34 ölkənin media nümayəndəsi işıqlandırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər