Səfir: İtaliya 2024-cü ildə idman infrastrukturu layihələrinə 550 milyon avro kredit ayırıb
sizinxeber.az xəbər saytı

Səfir: İtaliya 2024-cü ildə idman infrastrukturu layihələrinə 550 milyon avro kredit ayırıb


İtaliya 2024-cü ildə idman infrastrukturu layihələrinin maliyyələşdirilməsi üçün 550 milyon avro həcmində güzəştli kredit təqdim edib.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Şəhərlər oyun və idman məkanları kimi” adlı xüsusi sessiyada İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko deyib.

Onun sözlərinə görə, İtaliyanın G7 sədrliyi dövründə qəbul olunan Toskana Bəyannaməsi idmanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verdiyini və bu sahəyə uzunmüddətli investisiyaların cəlb edilməsinin vacibliyini vurğulayır.

Luka Di Canfrançesko qeyd edib ki, idman infrastrukturu qısa müddətdə yüksək gəlir gətirmədiyi üçün bu sahədə sabit maliyyə mexanizmlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır.

Səfir bildirib ki, İtaliyanın İdman və Mədəniyyət Kreditləri İnstitutu (ICSC) tərəfindən ayrılan vəsaitin 60%-dən çoxu yerli idarəetmə orqanlarına yönəldilib.

Onun sözlərinə görə, maliyyənin qalan hissəsi şirkətlərə və qeyri-kommersiya təşkilatlarına təqdim olunub.

Oxşar xəbərlər

İtaliya səfiri: İdman şəhərsalma və dayanıqlılıq siyasətlərinə inteqrasiya olunmalıdır
Azərbaycan-İtaliya hərbi əməkdaşlığı müzakirə olunub
Kəmaləddin Heydərov İtaliya səfiri ilə görüşüb
Paralimpiyaçı memar: İdman əlçatan şəhərlərin qurulmasına yol açır
İtaliyanın Azərbaycandakı səfiri iki ölkə arasındakı münasibətlərdən danışıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər