Türkiyə HHQ rəsmisi: "Anadolu Qartalı" təlimi həm də müxtəlif ölkələrin hava qüvvələrinin birgə fəaliyyətidir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
iy
2025
11:30

Türkiyə HHQ rəsmisi: "Anadolu Qartalı" təlimi həm də müxtəlif ölkələrin hava qüvvələrinin birgə fəaliyyətidir

03 iy, 2025
11:30
286

Türkiyə HHQ rəsmisi: "Anadolu Qartalı" təlimi həm də müxtəlif ölkələrin hava qüvvələrinin birgə fəaliyyətidir

"Anadolu Qartalı" yalnız təlim deyil, həm də fərqli ölkələrin hərbi hava qüvvələrinin birgə fəaliyyətidir.

"Report"un Konyaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı-2025” beynəlxalq təlimi ilə bağlı keçirilən mətbuat konfransında Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) əməkdaşı Fetek Karakuş deyib.

O bildirib ki, hər il keçirilən təlimlər sayəsində iştirakçı ölkələr arasında hərbi sahədə əməkdaşlıq daha da güclənir:

"Təlimdə real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birgə əməliyyatlar üçün təlim səviyyələrini yüksəltmək niyyətimiz var. Bunun üçün təlimdə zəruri olan bütün addımlar atılır”.

F.Karakuş bu il keçirilən təlimin əvvəlkilərdən fərqləndiyini vurğulayıb:

“Builki təlimlərdə üç yenilik var. Birincisi ondan ibarətdir ki, müharibədən əvvəl ölkəyə qarşı mümkün hücumların qarşısını almaq üçün xüsusi dərslər keçirilib. İkincisi, ölkə istiqamətində atılmış qanadlı raketlərin havada məhv edilməsi ilə bağlı biliklər iştirakçılara aşılanıb. Üçüncü yenilik isə PUA-larla birgə bombardmanların həyata keçirilməsi və onların mühafizəsini təşkil etməklə bağlıdır”.

Türkiyə HHQ-nin rəsmisi təlimlərdə iştirak edən pilotların döyüş şəraitində bacarıqlarının nümayişini “yaxşı məşq” adlandırıb.

Bizimlə əlaqə saxlayın