WUF13-də Şəki haqqında sənədli film təqdim olunub - FOTO
sizinxeber.az xəbər saytı

WUF13-də Şəki haqqında sənədli film təqdim olunub - FOTO


WUF13 çərçivəsində “Şəki: Şəbəkə, tarix və sənətkarlıq Azərbaycanın canlı irsini birləşdirir” adlı sənədli filmi təqdim olunub.

Sizinxeber.az xəbər verir ki, film Şəkinin ənənə ilə müasirliyin vəhdətində inkişaf edən “ağıllı şəhər” kimi gələcəyini əks etdirir.

Ekran işində Şəkinin 2 500 illik İpək Yolu tarixi, 1772-ci il daşqınından sonra yenidən qurulan memarlıq vahidliyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş tarixi ön plana çıxarılır.

Filmdə əsas diqqət Şəki Xan Sarayı və şəbəkə sənətinə yönəlib.

Qeyd edək ki, sənədli filmi Azərbaycanın "AnewZ" beynəlxalq televiziya kanalı hazırlayıb.

Oxşar xəbərlər

“Əsir düşəndə 800 yaşı var idi” - Ruslan Mollayevin filmi
Hikmət Hacıyev WUF13-la bağlı film paylaşdı - Video
Berlin Beynəlxalq Film Festivalının qalibləri açıqlanıb
Türkiyə kanalı "Qarabağ" haqqında sənədli film hazırlayıb
"Oskar" mükafatının qalibləri məlum olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər